Əl Nücəba: Amerika yalnız silah dili anlayır

Əl Nücəba müqavimət dəstəsi Amerikanın diplomatik dili anlamadığı üçün heç bir anlaşma olmadan dərhal İraqı tərk etməli olduğunu elan edib.

Əl Aləm telekanalınının məlumatına əsasən, ABŞ-ın İraqdakı səfiri Elina Romanski avqustun 23-də XİN başçısı Fuad Hüseynlə görüşdə son zamanlar Suriya-İordaniya sərhəd bölgəsində şübhəli hərbi rəftarları əsaslandırmağa çalışıb.

Məlumata görə bu görüş son 2 həftə ərzində ABŞ-ın İraq-Suriya sərhəd bölgələrindəki şübhəli rəftarları İraqın hərbi-siyasi dairələrinin Vaşinqtona kəskin etirazı ilə birlikdə cavab tələbindən sonra baş tutub.

Həmçinin Həşdiş Şəəbi silahlı qruplaşması da bu şübhəli rəftarları tam diqqətlə izlədiyini və qüvvələrini sərhəf bölgələrində yerləşdirdiyini elan edib.

Əl Nücəba Hərəkatı bir bəyanat yayımlayaraq elan edib: İraq xalqı işğalçı Amerikanın ölkədəki mövcudluğuna son qoymaq, ABŞ qüvvələrinin ölkəni tərk etmələrinin məsuliyyətini daşıyan Dövlət Şurasının nəticələrini gözlədiyi halda bu amerikan hərbçilərin cənubdan şimala və qərbə doğru şübhəli yerdəyişmələri ilə təəcübləndi.

Bəyanatda ABŞ hərbçiləri bu rəftarları ilə İraq dövlətini ələ salmalarına işarə edilərək deyilir: Müqavimət qrupu kimi biz xalqa verdiyimiz sözün arxasında dayanmışıq. Amma işğalçı Amerika siyasi, diplomatik və yaxud hər hansı bir beynəlxalq razılaşmanın nə olduğunu anlamır. Çünki hiyləgər, qarətçi və sui-istifadəçi bir ölkə yalnız zor gücü anlayır.

Əl Nücəba həmçinin Amerikanın yalnız silah dili anladığını, məğlub vəziyyətdə İraqı tərk etmək məcburiyyətində olduğunu  vurğulayaraq ictimai, dini və siyasi qruplardan bu təcavüzkarlıqlara reaksiya vermələrini istəyib. Çünki təcavüzkarlar üçün İraq torpaqlarının işğalı bir o qədər da asan iş olmayacaq və artıq qarətçi təcavüzkar ölkələrin dəhlizinə çevrilməyək.

Related posts

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi

Hollandiya İsrail rejiminin səfirini çağırıb

Türkiyə İsraillə məxfi danışıqlar aparır