Əl-Nucəba: ABŞ-la döyüşmək dini və milli vəzifədir

Qafqaztimes xəbər verir ki, İraqın Ən-Nucəba Hərəkatının baş katibi Əkrəm əl-Kəbi ABŞ-ın müqavimət komandirlərinə və İraq xalqına qarşı törədilmiş cinayətlərin əvəzini ödəyəcəyini vurğulayıb.

Əl-Məyadin xəbər telekanalı Əl-Kəbiyə istinadla bildirib ki, ABŞ-ın əlində İraqda onun xeyrinə işləyən alətlər var. Ona görə də bu ölkəyə qarşı mübarizə “dini və milli borcdur”.

ABŞ rəsmilərinin açıqlamaları onların İraqı tərk etməyəcəklərini göstərir, deyən Əl-Kəbi bildirib: “ABŞ İraqı tərk etsə belə, düşmənimiz olaraq qalacaq və biz hər addımda ölkəmizin qisasınl alacağıq.”

O, ABŞ-ın İraqın suverenliyinə hörmət etmədiyini və danışıqlar apardığı İraq rəsmilərini tanımadığını qeyd edərək, belə əlavə edib: “Amerika işğalçılarının başa düşdüyü dil müqavimət silahı və tüfəng dilidir.”

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))