Əl Nəxalə: Fələstinin mübariz şəhidlərinin qanı qələbənin təzminatıdır

Fələstin İslami Cihad Hərəkatının baş katibi Fələstinin mübariz şəhid qanlarının müqavimət qələbəsinin təzminatı olduğunu vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Ziyad Əl Nəxalə Cenin şəhid ailələrinə başsağlığı verərkən deyib: Fələstin gənclərinin qanı işğalçılarla mübarizə və xalqımızın sionist rejimə qələbəsi üçün bir motivasiondur.

Sionist hərbçilərinin gülləsinə tuş gəlmiş şəhidlərin ailələrinin fəxri olduğunu qeyd edən Əl Nəxalə bir daha Xəlil Əbu Naisə, Naif Əbu Suveys, Bərra Əl Qiram kimi Cenin döyüşlərində canlarını fəda edən şəxsiyyətlərin ailələrinə Allahdan səbir diləyərək deyib: İslami Cihad Hərəkatı həmişə olduğu kimi Fələstin xalqına dayaqdır. Əsirlərimiz də bizim fəxrimiz, mübarək simvollarımızdır.

Xatırladaq ki, İsrail rejiminin xüsusi təyinatlı qüvvələri avqustun 6-da Ceninin cənubunda yerləşən Ərrabə qəsəbəsində bir avtomobili hədəfə alıblar. Bu hücum zamanı Fələstin müqavimət qüvvələrinin “Nayef Əbu Suveys”, “Lui Əbu Naisə” və “Bərra Əl-Qərəm” adlı üç üzvü şəhid olub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur