Fələstin İslami Cihad Hərəkatının baş katibi deyib: Biz hər zamandan daha çox indi düşmənlə hər hansı bir saziş yaxud normallaşmanın imkansız olduğunu, Davud düşərgəsindən tutmuş, Ərəb Vadisi və Oslo sazişlərinə qədər müxalif olduğumuzu demişik.
Əl Aləm telekanalının məlumatına əsasən, Ziyad Əl Nəxalə deyib: Biz ölkəmizin azadlığı, müstəqilliyi və sionist düşmənlərdən azad olunmmasının yeganə yolunun yalnız və yalnız mübarizə və müqavimət olduğuna inanırıq.
Başda İran və Suriya olmaqla müqavimət qruplarının regiondakı vəhdətini vurğulayan Əl Nəxalə qeyd edib: İslami Cihad və müqavimət hərəkatları işğalçılarla mübarizə meydanında mübariz Fələstin xalqı ilə çiyin-çiyinədədir.
Əl Nəxalə həmçinin vurğulayıb: Amerika və müttəfiqləri həmişə sionist rejimə tərəfdarlıq edib. Çünki bu işğalçı rejim onların etika və mədəniyyətlərinin bir hissəsidir.
“Başda ABŞ olmaqla beynəlxalq cəmiyyətlərin sionist rejimə tərəfdarlıqları hələ də davam edir. Hətta Fələstin Özünüidarə Təşkilatı belə Amerika və sionist rejimin fərmanı ilə müqavimət qruplarını həbs edir.