Əl-Hüsi: Biz də İmam Hüseyn (ə) kimi zülmü qəbul etməməliyik!

QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi İmam Hüseynin (ə) şəhadətinin ildönümü münasibətilə etdiyi çıxışında bildirib ki, İmam Hüseynin (ə) qiyamı Əməvilərin dinə qarşı fitnələri ilə mübarizə idi.

O, həmçinin bildirib ki, Amerika və İsrail Yezidin yolunu davam etdirir. Onların sıralarında olan və onlara xidmət edənlər İbn Ziyad və Şimr kimidirlər.

Əl-Məsirə saytının məlumatına görə, Əl-Hüsi deyib ki, düşmənlərimiz bizi alçaltmaq və öz hökmranlığı və əsarətinə salmaq istəyir, amerikalılar və israillilər bizim müstəqil və azad bir xalq olmağımızı istəmirlər. Düşmənlər ümməti başqa istiqamətə yönəltmək və onları düşmənlərinə itaətkar etmək istəyirlər.

O, əlavə edib: “Müasir yezidlər Amerika, İsrail və onların muzdlularıdır. Biz də öz növbəmizdə İmam Hüseynin (ə) mövqeyində olmalıyıq, təslimiyyət və zülmü qəbul etməməliyik. Ümmətin düşmənləri dini məfhumları məhv etmək və ümməti haqq yoldan azdırmaq istəyirlər. Onlar tribunalar və azğın alimlər vasitəsilə din adı altında hər cür azğınlığı qanuniləşdirməyə, İsraillə münasibətləri yaxşılaşdırmağa və Amerikadan açıq və aşkar asılılığa don geyindirməyə çalışırlar.”

Yəmən Ənsarullahının lideri həmçinin qeyd edib: “Amerika və İsrail həyatın bütün məsələlərində ümməti həqiqətdən yayındırmaq istəyirlər. Amerika və İsrailin yolu bəşəriyyəti, o cümlədən İslam cəmiyyətini hədəfa alan və azğınlığa sürükləyən şeytani bir yoldur.”

Əl-Hüsi həmçinin deyib: “Amerikalılar və sionistlər ümmətə qarşı fitnə-fəsad edir və onların dinlərini və yaşayışlarını hədəfə alırlar. Düşmənlərin hakimiyyətini qəbul etmək hər şeyi məhv etmək, dünya və axirəti itirmək deməkdir. Yezidin və Əməvilərin eyni xüsusiyyətləri bizim dövrümüzdə də ümmət düşmənləri tərəfindən mənimsənilib. İslami əqidəmiz bizdən İmam Hüseynin (ə) mövqeyində olmağı və düşmənlərlə mübarizə etməyi tələb edir.”

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq