Əl Husi: ABŞ və İngiltərə də İsrailin talleyinə düçar oldu

Yəmən Ənsarullah Hərəkatının lideri İsraili xilas etmək üçün meydana çıxan Amerika və İngiltərənin də sionist rejimin taleyinə düçar olduğunu deyib.

İRNA-nın məlumatına əsasən, Əbdül Məlik Bədrəddin Əl Husi bu gün (13 fevral) çıxış edərək deyib: ABŞ və İngiltərə bizim Fələstin xalqına dəstək olacağımızı əvvəlcədən bilirdi. Həmçinin onlar bir ölkənin dini, mənəvi və hərbi cəhətdən digər ölkəni dəstəkləməsindən nigaran idi.

Əl Husi dənizçiliyin düşmənlər üçün əhəmiyyətli olduğunu və bu xüsusda planlar qurduğunu qeyd edərək deyib: Baş nazir Netanyahu əvvəllər Babul Məndəb boğazı və Yəmən müqaviməti liderinin liberal olaraq Fələstin xalqına dayaq duracağı barədə çıxış etmişdi.

Əbdül Məlik Əl Husi söhbətinin sonunda İsrail, Amerika və İngiltərənin yeganə məqsədinin Fələstin məsələnini bağlamaq olduğunu, amma bu məqsədə yaxınlaşa bilmədiklərini və nəticədə sionistlər kimi məğlub olacaqlarını da vurğulayıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

1 şərh

licensed crypto casino Fevral 14, 2024 - 12:46 axşam
Add Comment