Əl-Bağdadinin maliyyə məsələləri üzrə müavini həbs edilib

Qafqaztimes xəbər verir ki, altı aydan çox davam edən mürəkkəb kəşfiyyat əməliyyatı zamanı İraq qüvvələri tərəfindən İraq xaricində saxlanılan Əbu Bəkr əl-Bağdadinin müavini “Hacı Hamid” ləqəbli Sami Casim əl-Cuburi mühüm etiraflar edib. Bu terrorçu Avropanın bir neçə ölkəsində izlənilmiş və nəhayət İraq kəşfiyyatı tərəfindən oktyabr ayında həbs edilmişdir.

İraq seçkiləri zamanı yaranan qeyri sabit vəziyyətə baxmayaraq, adı çəkilən terorçu həbs olunduqdan sonra Bağdada aparılıb və o, məhkəmə qarşısında bəzi etiraflar edib.

O, təkcə Əbu Bəkr əl-Bağdadinin müavini deyil, həm də İŞİD-in fəaliyyətini təmin etmək üçün İraq və Suriyadakı qalıq yanacaq ehtiyatlarının satışını təşkil edən İŞİD-in ən mühüm üzvü idi.

Hacı Hamid və ya Əbu Asiya 1974-cü ildə anadan olmuş, 2004-cü ildə “Əl-Tövhid Vəl-Cihad” hərəkatına qoşulmuşdur. O, müxtəlif terror qruplarında fəaliyyət göstərmiş və sonda İŞİD-ə qoşulmuşdur. Əbu Hamid İŞİD-in İraq və Suriyadakı ən mühüm müəssisələrindən birinə rəhbərlik etmiş və onun maliyyə idarəçiliyini öhdəsinə götürmüşdür.

O, etiraflarının birində deyib ki, biz varlı insanlardan, yanacaqdoldurma məntəqələrinin sahiblərindən və şirkətlərdən onları öldürməklə hədələmək müqabilində pul alırdıq, bu pulların dəyəri Neynəvada ayda təxminən 500 min dollar idi ki, bunun yarısı əl-Bağdadiyə, digər yarısı isə Nineva valisinə gedirdi.

Related posts

Netanyahunu görən olub? ))

Tarixi Palmira dağıdılır…

Hizbullahın yüksək rütbəli komandirinin qızına təvazökar cavabı