Əl-Əzhərin sabiq rəsmisi: Fələstinə praktiki dəstək verin

Əl-Əzhər Universitetinin keçmiş prorektoru Abbas Şuman Məscidül-Həram xətibinin son çıxışını tənqid edərək deyib: Ərəblər İsrail cinayətlərini təkcə bəyanatlar verməklə deyil, praktiki olaraq məzlum fələstinlilərə dəstək verməlidirlər.

Əl-Aləm telekanalının məlumatına əsasən, Əl-Əzhər rəsmisi dünən (25 fevral) Məscidül-Həramın xətibi Şeyx Əbür-Rəhman Əl-Sədisin Məscidül Əqsanın qəsbkarlardan xilas edilməsi barədə çıxışını tənqid edərək deyib ki, fələstinlilər üçün dua etmək kifayət deyil, əməldə onları himayə etmək lazımdır.

Əl-Yəvm internet portalı Əl-Sədisin çıxışından fraza gətirərək yazıb: Əl-Sədis həmişə olduğu kimi “Allahım, Məscidül-Əqsanı qəsbkar və işğalçılardan azad et” deyir. Amma bu dua nə zamana qədər olacaq? Ərəb və islam ölkələrinin İsrail rejimi zülmünə son verməsi üçün birlik yaratmaları gərək deyilmi?

Məlumatda həmçinin deyilir: Fələstinlilər arasında narazılıqlar olduğu zamana qədər ərəblər sadəcə sionist rejimin cinayətlərinə dildə etiraz edəcək, “Meymun və donuzların nəsli” (sionistləri nəzərdə tutur) onlara zülm edəcək və digər ərəb və islam ölkələri də təkcə bəyanatlarda onlara dəstək olacaqlar.

Related posts

Həcci əvəz edən əməl yoxdur

“Allahın izni olmayınca heç kəsə ölüm yoxdur” – video

Yalnız Allahın razılığı!