Əl-Əqsa məscidinin xətibi: İsrail 500 Fələstin məzarlığına təcavüz edib

Qafqaztimes xəbər verir ki, Əl-Əqsa məscidinin xətibi Şeyx Əkrəmə Səbri işğalçı rejimin müsəlmanların tarixi irsini məhv etmək istiqamətində indiyədək 500 Fələstin qəbiristanlığına hücum etdiyini, bunlardan ən sonuncusu Qüdsdə yerləşən Əl-Yusufiyyə qəbristanı olduğunu bildirib.

Əl-Qüds Əl-Ərəbi-nin məlumatına görə, Şeyx Səbri bu sözləri xaricdə yaşayan Fələstinlilərin Xalq Konqresində “Qəbirlərin sökülməsi və məzarların eksqumasiyası İsrailin tarixi saxtalaşdırmaq və yəhidiləşdirmək siyasətidir” adlı seminarda deyib.

Məscidül-Əqsa xətibi həmçinin deyib: “İşğalçı rejim hazırda Məscidül-Əqsanın yanındakı Yusufiyyə qəbiristanlığına hücum edərək, oranı Tövrat parkına çevirmək, müsəlmanların tarixini silmək və ölülərinin sümüklərini dağıtmaq niyyətindədir.”

Şeyx Səbri vurğulayıb: Qəbiristanlıqlar bizim tarix boyu varlığımıza bir sübut və İsrail işğalı əleyhinə sənəddir. İşğalçıların etdikləri açıq-aşkar müsəlman qəbiristanlıqlarına təcəvüzdür. Çünki burada tarix boyu səhabələrin, alimlərin, rəhbərlərin və böyük şəxsiyyətlərin qəbirləri olmuşdur.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır