Əks yola çıxan sürücü təhlükəli anlar yaşatdı (Video izlə)

Binəqədi-Balaxanı yolunda təhlükəli anlar yaşanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev paylaşım edib.

O bildirib ki, “KIA Rio” markalı 77-EE-824 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını əks istiqamətli hərəkət zolağına çıxararaq, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb:

“Sürücü T.Paşayev DYP əməkdaşları tərəfindən aşkar edilib. O, İnzibati xətalar Məcəlləsinin 327.4 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir