Əfsanəvi yarışçı yüksək sürətlə beton divara çırpıldı – VİDEO

Məşhur ABŞ-li yarış pilotu Con Forsun idarə etdiyi “Chevrolet Camaro SS” partlayıb və daha sonra 486 kilometr/saat sürətlə beton qoruyucu divara çırpılıb.

Faciə “PlayNHRA Virginia Nationals” yarışının birinci turunda avtomobil finiş xəttini keçərkən baş verib.

Qəzaya səbəb mühərrikin nasazlığı olub.

75 yaşlı kişi helikopterlə xəstəxanaya çatdırılıb. Onunla birgə qızı, ikiqat “NHRA Top Fuel” çempionu Brittani Fors da yarışıb.

Qeyd edək ki, Con Fors 157 NHRA tədbirində qalib gəlib. O, bu mövsüm 21 yarışdan doqquzunda yarışaraq “2024 NHRA Funny Car” reytinqində ikinci yerdədir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi