Əfqanları qətlə yetirən amerikalılar cəzalandırılmayacaq!

QafqazTimes.com Belta.by-a istinadən xəbər verir: Pentaqon Kabildə (Əfqanıstan) dinc sakinlərin və uşaqların qətli ilə başa çatan aviazərbəyə görə hərbçiləri cəzalandırmaqdan imtina edib. Pilotsuz aparatdan səhv zərbədə iştirakı olan heç bir hərbçi cəzalandırılmayacaq – bunu The New York Times-a Pentaqondan bildiriblər. Xatırladaq ki, aviazərbə zamanı 7-si uşaq olmaqla 10 dinc sakin həlak olub. Pentaqon sentyabr ayında hadisənə öz üzərinə götürüb və avqustda baş vermiş hərbi cinayəti səhv adlandırıb. Guya müqəssirləri cəzalandırmaq üçün kifayət qədər dəlil olmayıb.

Hadisə 29 avqustda baş verib. ABŞ hərbçiləri 10 dinc sakinin olduğu maşını səhvən terrorçuların maşını hesab edərək atəş açıblar. Amerikanın Əfqanıstanda belə qanlı səhvləri çox olub.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya