Əbu Übeydə: Rəfəh əməliyyatı düşmənin müqavimətə məğlubiyyətidir

Əbu Übeydə: Rəfəh əməliyyatı düşmənin müqavimətə məğlubiyyətidir

Əl Qəssam batalyonlarının sözçüsü Qəzzə zolağında 8 sionistin həlak olması barədə mesajında ötən gün (15 iyun) Rəfəh əməliyyatında 8 düşmən qüvvəsinin həlak olmasını sionist rejimin müqavimətə məğlubiyyətinin göstəricisi kimi dəyərləndirib.

Əl Aləm telekanalının məlumatına əsasən, Əbu Übeydə telegram kanalında yazdığı mesajda deyib: Düşməni bundan da ağır və şiddətli əməliyyatlarımız gözləyir.

Əbu Übeydə daha sonra yazıb: Düşmənimiz torpaqlarımızın harasında olursa-olsun müqavimət qüvvələri onlara qarşı əməliyyatlarını daha da gücləndirəcək, Allahın yardımı ilə işğalçı sionist rejimə qalib gələcəyik.

Sionist rejim ordusunun radiosu da Əl Qəssam batalyonlarının Rəfəhdə müharibə mühəndisi komandanı da daxil olmaqla daha 8 sionistin həlak olması ilə nəticələnən əməliyyatdan xəbər vermişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur