Əbu Übeydə: Düşmən girovların taleyi üçün məsuliyyət daşıyır

Əbu Übeydə: Düşmən girovların taleyi üçün məsuliyyət daşıyır

İzzəddin Əl Qəssam batalyonlarının sözçüsü bir sionist girovun ölümü ilə əlaqədar aparılan tədqiqatlara işarə edərək İsrail rejiminin bütün girovların həyatı üçün məsuliyyət daşıdığını vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Əbu Übeydə bu gün (15 avqust) bir sionist girovun nəzarətçisi tərəfindən öldürülməsi barədə tədqiqatın nəticəsini elan edərək deyib: Bu hadisə intiqam zəminində baş verib.

Əbu Übeydə daha ətraflı məlumat verərək deyib: Sionist girovun öz nəzarətçisi tərəfindən öldürülməsi faktı o şəxsin 2 övladının şəhid olmasından sonra baş verib. O, övladlarının sionist ordusunun bombardmanda 2 övladının şəhid olduğu xəbərini eşitdikdən sonra əlindəki avtomatla atəş açıb və sionis girova tuş gəlib.

“Əlbəttə bu hadisənin baş verməsi bizim qaydalarımıza əsasən düzgün deyil” – deyən Əbu Übeydə vurğulayıb: Bu hadisə bizim dini təlimlərimizə zidd bir faktdır. Həmçinin girov mübadiləsi zəminində aparılan danışıqların davam etməsini nəzərə alaraq belə halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək.

İzzədin Əl Qəssam batalyonlarının sözçüsü həmçinin deyib: Sionist düşmən bütün girovların həyatını qorumaq üçün məsuliyyət daşıyır. Qəzzədə baş verən cinayətlər insanlığa olan hörmətsizlik və Fələstin xalqına qarşı soyqırım siyasəti qəbulolunmazdır.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir