Əbu-Dabi Ənsarullahı “terrorçu” adlandırmaq üçün Təl-Əvivə pənah apardı

QafqazTimes xəbər verir ki, xəbər mənbələri İsrail rejiminin “Times” qəzetinə bildiriblər ki, bu rejim Birləşmiş Ərəb Əmirliklərinin istəyi ilə Ənsarullahı terror qruplaşması elan etmək üçün Co Bayden hökumətinə təzyiq edir.

Yəmən ordusunun BƏƏ və Səudiyyə Ərəbistanına qarşı pilotsuz təyyarə və raket əməliyyatlarından sonra Əbu-Dabi Ənsarullah hərakatını terror qruplaşması elan etmək üçün səylərini artırıb və bu məqsədlə Təl-Əvivdən istifadə edir.

Bir sionist rəsmisi Tel-Əvivin bu məsələ ilə razılaşdığını və ABŞ hökumət rəsmilərinə Ənsarullahın terrorçu elan edilməsinin İranın bölgədəki təsirini azaldacağını bildirib.

O, əlavə etdi: “Biz bunu təkcə Əmirlik xalqı üçün etmirik, bu addımın hamının maraqlarına uyğun olduğuna inanırıq.”

BƏƏ bu yaxınlarda Ərəb Liqası vasitəsilə Ənsarullahı terrorçu elan etməyə çalışıb. Ərəb Dövlətləri Liqası həmin gün yaydığı bəyanatda BƏƏ-nin Yəməndəki cinayətləri və Sənanın dəfələrlə etdiyi xəbərdarlıqlara toxunmadan Ənsarullahın regionda sabitliyi pozmaq istədiyini və bunun dayandırılmasının lazım olduğunu iddia edib.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)