Əbdülməlik əl-Husi: Amerika, Avropa və bəzi ərəb ölkələri İsrailə cavabımızın qarşısını almaq üçün fasiləsiz səylər göstərirlər

Qafqaztimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi cümə axşamı günü Əl-Aləm xəbər şəbəkəsi ilə canlı yayımlanan çıxışında deyib: Sionist rejimin Hudeydə limanının yanacaq çənlərinə hücumuna cavabımız qətidir və həyata keçiriləcək.
O əlavə edib: Müqavimət cəbhəsinin İsrail rejiminə cavabının ləngiməsi yalnız taktiki məsələdir.
Yəmənin Ənsarullah hərəkatının lideri deyib: Düşmən cavabın qəti və qaçılmaz olduğunu bilir.
O, vurğulayıb: Hədə-qorxu və ya təzyiq bizi İsrail rejiminə cavab vermək qərarından vaz keçməyə məcbur etməyəcək.
Seyid Əbdülmülək əl-Husi deyib: Amerika, Avropa və bəzi ərəb rejimləri sionist rejimə qarşı cavabımızın qarşısını almaq üçün fasiləsiz səylər göstərirlər.

Allalam

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib