Amnesty İnternational ABŞ dövlətinin İsrail baş nazirini müsbət qarşılamasına mənfi reaksiya verərək Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə axtarışda olan İsrailin baş naziri Benyamin Netanyahunu qəbul etməsini pisləyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Amnesty İnternational bu gün (5 fevral) BCM tərəfindən müharibə və insanlığa qarşı cinayətlər ittihamı ilə axtarışda olan Benyamin Netanyahunu müsbət qarşılamasını pisləyən bəyanat yayıb.
Bəyanatda deyilir: Amerika dövlətinin BCM tərəfindən axtarışda olan sionist rejim rəsmisini böyük ehtiramla qarşılaması beynəlxalq ədalətə etinasızlıq əlamətidir. Bayden dövlətinin BCM qərarlarını məzhəkəyə tutduğu kimi, Tramp dövləti də Netanyahunu Ağ Evə dəvət etməklə beynəxalq qərarlara tam etinasızlıqla yanaşdı və ona əvvəlkilərdən daha çox hörmət etdiyini göstərdi. Amnesty İnternationalın bəyanatında həmçinin deyilir: Cenevrə konvensiyasına əsasən, ABŞ müharibə cinayətləri törədənləri məhkəməyə təqdim etmək məcburiyyətindədir. Bu insanların törətdiyi cinayətlər bəşəriyyət əleyhinə bir cinayət olduğu üçün onların dərhal əlaqədar orqanlara verilməsi zəruridir.