QafqazTimes.com Gazeta-ya istinadən xəbər verir: Gallup sosiolojo xidmət mərkəzinin 2019-cu ildə apardığı sorğuya əsasən, ABŞ əhalisinin 16 faizi mühacirət etmək istəyir. Hazırda bu rəqəmin 2 dəfə artdığı bildirilir. Amerika cənnəti nağılına aldanıb bu ölkəyə mühacirət etmək istəyənlər üçün maraqlı xəbərdir.
Mühacirət etmək istəyənlərin əsas bir hissəsi hökumətin siyasətinə müxalif olanlardır. Təbii ki, sosial durum, kriminal cəmiyyət kimi amillər də var. Əgər Corc Buş vaxtında 11 faiz, Obama vaxtında 10 faiz amerikalı bu ölkəni tərk etmək istəyirdisə, Trampın sərsəm siyasətindən narazıların sayı qat-qat artıqdır. Hər galda Gallup iki il öncə üçün 16 faiz göstərir.
Mühacirət etmək istəyənlər arasında qadınlar və gənclər çoxluq təşkil edir. Tramp dövrünün sorğusuna əsasən qadınların 20 faizi mühacirət arzusundadır. Gənclərin 30 faizi ilk fürsətdə ABŞ-ı tərk etməyi planlaşdırır. Hətta ulduz sənətçilər arasında belələri var. Aktrisa və ssenarist Lina Danem, Barbara Streyzand, reper Snup Doq Kanadaya mühacirət etmək istəyir.