Qafqaztimes.com TASS-a istinadən xəbər verir: Amerikada Şükran günü (noyabr ayının dördüncü cümə axşamı) bayram şam yeməyinin qiyməti ötən illə müqayisədə 14 faiz artıb. American Farm Bureau Federation xəbər verir ki, bu il şam yeməyi 53,31 dollar olub. 1986-cı ildən sonra bu rekord qiymətdir. Bir dəst bayram yeməyi 10 nəfər üçün nəzərdə tutulur. Hökumət qiymətlərin bahalaşmasını pandemiya ilə əlaqələndirir. İstənulən halda enerji daşıyıcıları da daxil olmaqla bütün sahalərdə bahalaşma var. ABŞ iqtisadiyyatının tənəzzülü isə kimsəyə sirr deyil. Dolların inflyasiyası defolt vəd edir. Bu tənəzzül davam edərsə, cəmiyyətin əksəri müavinətlə yaşamalı olacaq. Yada salaq ki, ABŞ dünyada ən çox ölümlə koronavirus reytinqinə başçılıq edir.
Amerikada görünməmiş bahalaşma
Əvvəlki yazı