Almaniya rəsmisi İsrail baş nazirinin BMT Baş Assambeleyasında Fələstinin adı olmayan Yeni Orta Şərq xəritəsini göstərək etdiyi çıxışını tənqid edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Almaniya XİN sözçüsü Sebastyan Fişer Netanyahunun BMT çıxışındakı Qərbi Asiya məntəqəsini göstərən xəritə ilə çıxmasına reakisya verib. Belə ki, Netanyahunun əlində olan xəritədə Fələstin, Qəzzə, şərqi Qüds və İordan çayının qərb sahilinin olmaması etiraza səbəb olub.
Yeni Şafak qəzeti sionist baş nazirin bu mövqeyini region ölkələrində dəyişiklik etmək iddiasını qabartmaq olduğunu deyir.
Fişer deyib: Netanyahunun göstərdiyi işğal olunmuş və yaxud birləşdirilmiş torpaqların xəritəsini təbii ki, biz qəbul etmirik və bu heç də mövcud konfliktin həllinə kömək etməyəcək.
Sebastyan Fişer həmçinin Almaniyanın İsrail-Fələstin münaqişəsi üçün çıxış yolları axtardığını, İsraildən bu məsələnin tezliklə diplomatik yolla həll edilməsini də tələb edib.
Qeyd edək ki, Netanyahunun bu rəftarının ilk dəfə olmadığını, dəfələrlə bu qəbildən olan çıxışlarında karikatura tipli şəkillərlə çıxış etdiyi dünya mediasına məlumdur.