İslam İnqilabı Rəhbəri “Müqəddəs müdafiə” həftəsi və şəhidlərə, fədailərə ehtiram günü münasibəti ilə müraciət ünvanlayıblar.
Əl Aləm telekanalının məlumatına əsasən, İslam İnqilabının Aliməqam Rəhbəri Ayətullah Seyid Əli Xamenei cənabları dünən (28 sentyabr) “Müqəddəs müdafiənin unudulmayan günlərində fürsətdən istifadə edərək əziz şəhidlərimizi salamlayır, onların pak ruhları qarşısında baş əyirəm” buyurublar.
Məlumata görə, Aliməqam Rəhbər şəhidləri “yol göstərən ulduzlar” adlandıraraq onları bizim və bizdən sonrakı nəsillərə əbədi örnək, davranış və rəftarlarının bir dərs, amallarının isə, bir hikmət olduğunu söyləyiblər.
Aliməqam Rəhbər həmçinin “şəhidlərin bizə tövsiyə və nəsihətlərini dinləməli olduğumuzu, onlardan bütün zamanlarda və hər bir nəsillər dünya və axirətin rifahı üçün faydalanmanın zərurətini vurğulayıblar.
Ayətullah Xamenei cənablar müraciətin sonunda “Allahın və Onun pak övliyalarının salamı əziz şəhidlərimizə olsun”- deyə buyurublar.