Ağ Ev Trampın İranla müzakirələrə başlama təklifinin rədd edilməsinə reaksiya verərək bu məsələnin hərbi yollarla həll olunacağını qeyd edib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Reuterz Agentliyi bu gün (8 mart) Ağ Ev milli təhlükəsizlik şurasının sözçüsü Brayan Hyusun sözlərinə istinad edərək yazıb: İran dövləti və xalqının öz mənafelərinə uyğun rəftar edəcəklərinə ümid edirik.
Qeyd edək ki, Ali Məqam Rəhbər Trampın müzakirə təklifinə cavab olaraq şənbə günü axşam bəyanat verərk deyib:: Bəzi hegemon hökumətlərin danışıqlarda israrları məsələlərin həlli məqsədi ilə deyil, əksinə, hökmranlıq etmək və öz gözləntilərini tətbiq etmək üçündür. İran İslam Respublikası onların gözləntilərini qətiyyən qəbul etməyəcək.