ABŞ Senatında Demokrat azlığının lideri Çak Şumer ABŞ prezidenti Donald Trampın “vahid, böyük və gözəl qanun layihəsini” “Hamımız öləcəyik” qanunu adlandırıb.
Trampın təşəbbüsü ölkə tarixində ən iri vergi endirimini həyata keçirməyə, qeyri-qanuni mühacirlərə vergi ödəyicilərinin vəsaiti hesabına tibbi yardım göstərilməsini qadağan etməyə və büdcə kəsirini azaltmağa yönəlib.
“Və biz hamımız bir şeyi yaxşı bilirik: Donald Tramp bu qanun layihəsi barədə bizə yalan danışır. Bu qanun barədə yalan danışır.
Deməli, bu elə “Hamımız öləcəyik” qanunudur”, – deyə Şumer bəyan edib.