ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yəmən Ənsarullah Hərəkatının 2 raket sistemini hədəfə aldıqlarını elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, CENTCOM bu gün (3 sentyabr) səhər bəyanat yayaraq ötən sutka ərzində İsrail-Amerika koalisiyasına güclü təhülkə ehtimalı ilə Yəmən Ənsarullah Hərəkatının 2 raket sistemini məhv etdiyindən xəbər verib.
Məlumata görə Amerika guya İsrailin Ənsarullahın Qırmızı dənizdə hərbi əməliyyatları nəticəsində zərər çəkən qatil sionist rejimin iqtisadiyyatına yardım üçün xammal və mal ehtiyaclarının təmini məqsədilə həyata keçirir.
Xatırladaq ki, Yəmən silahlı qüvvələri dünən axşam (2 sentyabr) böhranlı İsrail iqtisadiyyatına son zərbələri endirmək məqsədilə yeni hərbi əməliyyatlara başlayacaqları barədə bəyanat yaymışdı.
7 oktyabr Əl Əqsa Tufanı əməliyyatından sonra Yəmən Ənsarullah Hərəkatı Qəzzə xalqına dəstək məqsədilə İsrail məqsədli gəmilərin Qırmızı dənizin Babul Məndəb boğazından Misirin Süveyş kanalı vasitəsilə Həyfa və Aşdod limanlarına daxil olmasına icazə vermir.