Amerikanın müdafiə naziri prezidentin “Qəzzə zolağının ABŞ nəzarətində olmalıdır” ifadəsindən sonra Pentaqonun bütün variantları nəzərədən keçirməyə hazır olduğunu deyib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, Pit Heqest bu gün (6 fevral) sionist rejimin baş naziri Benyamin Netanyahu ilə görüşündən əvvəl deyib: Qəzzədə divanəlik dedikdə bir işin dəfələrlə təkrar edilməsi mənasını daşıyır. ABŞ prezidneti həlledilməz problemlərdən fövqəladə və yeni çıxış yolları axtarır və biz bütün variantları nəzərdən keçirməyə hazırıq.
Bundan əvvəl Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında “Amerika Qəzza zolağını nəzarəti altına alacaq. Biz ona sahib olacağıq və bu yerdə tapılan bütün təhlükəli, partlamamış bombaların və digər silahların atılmasına cavabdeh olacağıq- demişdi