İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri ABŞ-ın THAAD sisteminin İsrailə çatdırılmasına reaksiya verib.
Briqada generalı Nəsirzadə hökumət nümayəndə heyətinin bugünkü iclasında deyib: “THAAD sistemi anti-ballistik sistemdir və o, yeni deyil və bundan əvvəl də istifadə olunub”.
O əlavə edib: Biz düşmənin bu cür hərəkətlərini psixoloji müharibəyə uyğun qiymətləndiririk və xüsusi problem yoxdur.
Müdafiə naziri bildirib: Sionist rejimin təhdidlərinin heç biri yeni deyil.
Qafqaztimes
Al-alam