Ənsarullah Hərəkatının informasiya idarəsinin rəis müavini sionist rejimə on minlərlə Amerika silahının göndərilməsi xəbərinə reaksiya verib.
Qafqaztimüsin xarici medialara istinadən verdiyi məlumata əsasən, Nəsrəddin Amer bu gün (15 aprel) X sosial media hesabında yazıb: ABŞ İsrail düşməninə böyük miqdarda silah və bomba göndərəcəyini açıqlasa da, müqaviməti tərksilah etmək istəyənlər var. Bu hansı ikiüzlülükdür ki, qurbanı tərksilah edir və qatilə daha çox silah verir?.
Yedioth Ahronoth qəzeti İsrail hərbi hava qüvvələrinin tezliklə ABŞ-dan 13 min yeni silah və hava sursatı alacağından da xəbər verib.
Bu silah və sursatlar arasında Baydenin prezidentliyi dövründə sionist rejimə daşınması dayandırılmış 10 min silah və sursat daxildir.
Yedioth Ahronoth bəyan edib ki, bu miqdarda sursat İsrail ordusunun 18 aylıq müharibə zamanı tükənmiş ehtiyatlarını kompensasiya edəcək.