İnformasiya qaynaqları Amerika qırıcılarının Sənadakı yaşayış və ticarət məntəqəsinə hücumlarda 14 nəfərin yaralanmasından xəbər verirlər.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Yəmən Səhiyyə Nazirliyi bu gün səhər (5 may) elan edib ki, ABŞ qırıcıları Şuub şəhərinin bir yaşayış və ticarət mərkəzinə aviazərbələr endirib və nəticədə 14 nəfər mülki şəxs yaralansa da yaralıların sayının artma ehtimalı çoxdur.
Məlumata görə, bu hücum ətraf mağaza və mənzillərə də yüksək xəsarət yetirib.
Digər bir məlumatda Sənanın ətraf əyalətlərində də ABŞ qırıcılarının hücumlarından xəbər verilir. Belə ki, Bəni Mətər və Bəni Həşiş rayonlarında minimum 6 amerikan hücumu qeydə alınıb.
