Yaxın günlərdə yüksək səviyyəli ABŞ hərbi nümayəndə heyətinin Dəməşqə səfəri gözlənilir. Məqsəd, Suriya hökuməti ilə razılaşmanı yekunlaşdırmaqdır. Bu razılaşma ABŞ-Suriya münasibətlərində mühüm dönüş nöqtəsi sayılır. ABŞ prezidenti Donald Tramp ilə Suriyanın yeni prezidenti Əhməd Əl-Şəraa arasında Ər-Riyadda keçirilən görüşdən sonra, ABŞ qüvvələri Suriya Demokratik Qüvvələrinin nəzarətində olan şimal-şərqi Suriyadan — o cümlədən Deyr əz-Zor, Rəqqə və Həsəkə bölgələrindən çıxacaq. Lakin ABŞ, Suriya-İordaniya-İraq sərhədi yaxınlığındakı strateji əl-Tənaf bazasını saxlayacaq.
Bu razılaşma ilə ABŞ-ın Suriyadakı hərbi mövcudluğu qeyri-rəsmi statusdan hüquqi çərçivəyə keçəcək. Rəsmi məqsədlər isə İŞİD-lə mübarizə və İranın dəstəklədiyi qruplar və silahlı birləşmələrin izlənməsidir.
Mənbə: The New Arab