ABŞ milli təhlükəsizlik şurasının sözçüsü Asiyanın qərbində günü-gündən artan gərginliklərin İsrailin xeyrinə olmadığını deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Con Kirbi dünən gecə (22 sentyabr) ABC telekanalı ilə müsahibədə deyib: Biz dəfələrlə Tel Əvivə demişik ki, Qərbi Asiyada artan gərginliyin zərrə qədər İsrailə xeyri yoxdur.
Con Kirbi həmçinin sionist rejimin regionda artan cinayətlərinə işarə edərək deyib: Gərginlik hər gün artır. Amma bizim fikrimizcə hələ də diplomatik çıxış yollarını tapmaq mümkündür və biz buna çalışırıq. Biz ötən ilin 8 oktyabrından sonra İsraillə Hizbullah arasında gərginliyin olmamasına çalışırıq.
Con Kirbinin bu iddiaları elə bir haldadır ki, Axios ABŞ rəsmilərinə istinadən Co Bayden dövlətinin İsrailin Livana hücumlarına etiraz etmədiyi barədə məlumat verib.
1 şərh
It was a pleasure reading this interesting and thorough article. Even while discussing more advanced subjects, your writing style remains plain and simple. This is a great post that I will be using again and again because of how much I learnt from it. You are doing an excellent job.