Ərəb dünyasının analitiki İranın Səudiyyə Ərəbistanı ilə əlaqələrinin normallaşmasından naraha olan Amerikanın Fars Körfəzinə hərbi qüvvələrini necə göndərməsi üçün bəhanələr axtardığını deyir.
Əl Aləm telekanalının məlumatına əsasən, hərbi analitik Çarlz Əbu Nadir deyib: Amerika dünyaya rəsmi Tehranın Fars Körfəzində, xüsusilə də neft sektorunda bacarıqsızlığını nümayiş etdirir. Çünki sanksiyaların kökü və ABŞ-ın İrana təzyiqləri sırf neft ixracatının minimum həddə endirilməsidir. Amma İran sanksiyalardan uzun illər keçməsinə rəğmən, əvvəldə olduğu miqdarda neft ixrac etməkdədir.
Əbu Nadir daha sonra deyib: Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri düzəldikdən sonra ABŞ Fars Körfəzi və regionda gərginlik yaratmaq qüdrətini itirdi və regiona nüfuzu azaldığı üçün indi hərbi nüfuzunu yeritmək üçün yeni bəhanələr ardıncadır.