Fələstin informasiya qaynaqları bu gün İsraillə əsir mübadiləsi razılaşmasının 6-cı raundunda 369 fələstinli əsiri azad olunacağından xəbər verirlər.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu gün (15 fevral) 369 fələstinli əsir azad ediləcək.
Məlumata görə, işğalçı rejim bu gün 1 sionist əsir qarşılığında ömürlük həbsə məhkum 12 fələstinlini və 2023-cü il 7 oktyabr hadisələrindən sonra əsir götürdüyü 11 nəfəri azad edəcək.
Bu hesabla, bu gün ömürlük həbsə məhkum 36 nəfər və 333 fələstinli azad olunacaq.
Xəbər qaynaqları bu mərhələdə ötənkilərdən fərqli olaraq daha çox fələstinli azad ediləcək.
Qeyd edək ki, sionist rəsmilər fələstinli əsirləri qarşılama və şadlıq-şənlik mərasimi keçirilməyəcək. Bununla belə, əsir mübadiləsinin bu mərhələsinin digərlərinə nisbətən daha izdihamlı və təntənəli keçəcəyi proqnoz edilir.