QafqazTimes.com Tasnimnews-a istinadən xəbər verir: “Həqiqət” festivalında Şəhid Hacı Qasim Süleymani haqqında 3 yeni sənədli film nümayiş olunacaq. “General”, “Bir neçə addım o biri tərəfdə”, “Amannamə” filmlərində şəhid general haqqında yeni səhnələr və yeni xəbərlər yer alıb. 15-ci “Həqiqət” kino festivalı haqqında festivalın katibi Məhəmməd Həmidi Müqəddəm danışıb.
“General” filmini rejissor Mehrdad Yusifi çəkib. Filmdə İŞİD-in Kürdüstana hücumu və Hacı Qasimin Kürdüstana köməyindən danışılır. O zaman Kürdüstan ərəb ölkələrinin, Amerikanın köməyindən ümidini üzüb Hacı Qasimə müraciət edib.
Rejissor Məhəmməd Salehinin çəkdiyi “Bir neçə addım o biri tərəfdə” filmində Hacı Qasimin mühafizəçilərindən danışılır. Sonda Hacı Qasimlə şəhadətə çatan bu insanlara generalın tapşırığı bu idi ki, xalq sizi görməməlir, xalqla görüşmə mane olmamalısınız.
Üçünücü filmi, “Amannamə” filmini Hamid Səadət çəkib. Filmdə Hacı Qasim haqqında nadir səhnələr yer alıb.