QafqazTimes.com FNA-a istinadən xəbər verir: İran şahı Məhəmmədrza Pəhləvi Amerikanın, İngiltərənin tapşırıqlarını yerinə yetirirdi. Təbii ki, bu tapşırıqlar İran xalqının yox, Amerika və İngiltərənin mənafelərinə hesablanırdı. Məşhur torpaq islahatına “Kennedi torpaq islahatı” da deyilir. Kennedi şaha demişdi ki, əgər torpaq kəndliyə verilsə, o torpaq sahibi olar və kommunist olmaq təhlükəsi aradan qalxar. Əslində torpaq islahatından sonra kənd təsərrüfatına ayrılan pullar sənayeyə yönəldildi. Nəticədə, öz torpağını becərə bilməyən kəndlilər iş dalınca şəhərlərə axışdılar. Neft pulları Amerika və İngiltərə şirkətləri ilə həmkarlığa xərclənirdi. İslam İnqilabından iki il qabaqkı statistikaya əsasən son beş ildə 2 milyon 700 min nəfər Tehrana mühacirət olmuşdu. Kənd təsərrüfatı, kəndli acınacaqlı vəziyyətdə idi. Artıq kən təsərrüfatı ölkənin ehtiyaclarını təmin edə bilmirdi. İldə Amerikadan 2 milyon ton buğda gətirilirdi. Ət istehsalı o qədər azalmışdı ki, Avstraliya və Argentinadan donmuş ət idxal edilirdi.
22 Bəhmən: Şah getməli idi!
Əvvəlki yazı
