Zəmanədən çox gileylənirsiz, həmişə istəklərinizin həyata keçməsi üçün çalışırsınız. Tezliklə sizə problemlərinizi həll edəcək xəbərlər gətirəcəklər. Məqsədinizə çətinliklə çatacaqsınız və bu yolda yetkinləşib çoxlu təcrübələr qazanacaqsınız. Ramazan bərəkətlərlə dolu və ehtiyaclarınızın ödənildiyi bir aydır.
Falın orjinalı:

Qafqaztimesin təqdim etdiyi hər gün üçün yeni bir falın yüzlərlə insana aid olması haqda isə bilməliyik ki, eyni bir söz hər kəsin zehnində və həyatında fərqli mənalar daşıya bilər. Əslində eyni bir fal hər kəs üçün fərqlidir. Bu faldan məqsəd həyatda daha ümidvar, şad olmağımız və ruh yüksəkliyi əldə etməyimiz üçün Allahdan Hafiz falı vasitəi ilə bir müjdə almağımızdır.
Hafiz falı haqda
Şərqin ən dərin mənalı şerlərinə sahib olan şair Hafiz Şirazinin divanı ilə fal açmaq əsrlərdir davam edir. Lakin Hafiz falı digər əsassız fallardan fərqlənir. Belə ki, bu bir çox böyük alimlərin istifadə etdikləri fal olub.
Bu barədə nümunə üçün məşhur şair Məhəmməd Hüseyn Şəhriyarın maraqlı əhvalatını nəql edirik:
Şəhriyarın əsl adı Məhəmməd Hüseyn Bəhcət Təbrizidir. O, əvvəlcə şeirlərini “Bəhcət” adı ilə nəşr etdirib və təxəllüs seçmək üçün Hafiz Şirazinin “Divan”ı ilə fal açıb və aşağıdakı beytlə rastalşıb:
دوام عمر و ملک او بخواه از لطف حق حافظ
که چرخ این سکه دولت به نام شهریاران زد
“Ki fələk dövlət sikkəsini şəhriyarların adına edir”
Lakin şerdəki şəhriyar sözünün onun üçün münasib təxəllüs olacağına inanmayıb və yenidən Hafizin divanı ilə fal açır və bu dəfə də aşağıdakı misra ilə rastlaşır:
به شهر خود روم و شهریار خود باشم
“Öz şəhərimə gedib Şəhriyarım olum”. Yenidən şəhriyar sözü ilə rastlaşandan sonra özünə Şəhriyar təxəllüsünü götürür.
Şəhriyar ömrü boyu Hafizə aşiq olub