QafqazTimes.com Fortune.com-a istinadən xəbər verir: 19 yaşlı almaniyalı haker 13 ölkədə Tesla maşınlarının elektron sistemini hək edərək maşınları öz ixtiyarına götürüb. Onlarla maşının idarəetmə sistemi hakerin əlindədir. O, nəzarətə götürdüyü maşınların Sentry Mode sistemini uzaqdan sönürüb, qapıları açıb-bağlayır, şüşələri endirir, maşını işə salır, onların koordinatlarını izləyir.
Gənc haker zərər vurmaq məqsədində olmadığını elan edib və maşın sahiblərinə maşını daha yaxşı qorumaq üçün məsləhətlər verib. Haker hazırda Teslanın komanda mərkəzi ilə əlaqə saxlayaraq öz tövsiyələrini çatdırır. Hadisə Teslanın sahibi Elon Musku şoka salıb. Kosmosda həyat quran oğlan Yerdə arabalarını qoruya bilmir!!