QafqazTimes xəbər verir ki, Fələstinin “Ərin əl-Usud” müqavimət qrupu bu cümə axşamı bəyanat yayaraq, bildirib ki, bu qrupun işinin bitdiyini düşünən hər kəs xəyallara qapılıb.
“Şahab” xəbər agentliyi bu qrupa istinadən xəbər verir ki, sionist rejim on bir fələstinlini şəhid etdi və bu səbəbdən Əl-Ərin komandanlığı bu mesajı hər kəsə çatdırmaq niyyətindədir ki, “İordan çayının qərb sahilində müqavimət qatarı hərəkətə başlayıb. Onun yanacağı isə bu ölkənin ən yaxşı gənclərinin qanıdır.”
Bu qrup həmçinin vurğulayıb: “Ərin əl-Usud” bu gənclərə necə xəyanət edə bilər?! İordan çayının qərb sahilindəki müqavimət silahlıdır və İsrailə deyirik ki, “Ərin əl-Usud” fenomenini başa düşməyə nail olmayacaqsınız.”
Bu bəyanatda həmçinin deyilir: “Ərin Əl-Əsud qüdrətini Fələstin xalqından alır. Biz sizin təkbirlərinizin səsini müharibə zamanı, partlayış və güllə səsləri arasında axtarırıq. Sizin təkbirlərinizi nə qədər eşitsək o qədər doğru yolda olduğumuzu anlayırıq.”
Bu arada, İordan çayının qərb sahilinin Nablus şəhərində 11 nəfərin şəhadətinə reaksiya olaraq bu səhər Qəzza və İordan çayının qərb sahilinin müxtəlif şəhərləri genişmiqyaslı aksiyalara şahid olub.
Bu aksiyalar fələstinli qrupların dəvəti ilə həyata keçirilib. Dünən Nablus cinayətindən sonra bu qruplar birgə bəyanatla çıxış edərək, ümumi matəm elan etmiş, Qəzza və İordan çayının qərb sahilində ümumi etiraz aksiyası keçirməyə çağırıblar.