Qafqaztimes xəbər verir ki, Türkiyədə keçirilən yeni sorğuya görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəqibləri onu qabaqlayır.
“Bayanet” saytının çərşənbə günü verdiyi məlumata görə Metropol İnstitutunun statistikasına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) əsas üzvləri olan İstanbul və Ankara bələdiyyə sədrləri növbəti prezident seçkilərində prezident Ərdoğanı qabaqlayacaqlar.
Sorğu nəticəsində məlum olub ki, Ankara bələdiyyə başqanı Mənsur Yavaş Ərdoğanın 32,2 faiz səsinin müqabilində səslərin 54,4 faizini, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu isə Ərdoğanın 36,6 faizlik səslərinin müqabilində səslərin 48,7 faizini toplayıb.
Müxalifət partiyası hələ 2023-cü ilin iyununda keçiriləcək seçkilər üçün namizədini açıqlamasa da, iki bələdiyyə sədrinin və Türkiyənin müxalifət partiyasının digər lideri olan Kamal Qılınclaroğlunun namizəd kimi irəli sürüləcəyinə dair fərziyyələr var. Bu il boyunca keçirilən əksər rəy sorğularında İmam oğlu və Yavaş Ərdoğanı qabaqlayıblar.