QafqazTimes.com Al-Alam-a istinadən xəbər verir: Sabah işğalçı sionist rejimin prezidenti İsaak Hersoq Türkiyəyə səfərə gəlir. Amma onu qarşılayacaq Türkiyə prezidenti Ərdoğanın “İsrail terrorçu dövlətdir”, İsraillə münasibəti normallaşdıran ərəblərə “ey şərəfsizlər, nə üçün Fələstini yaddan çıxardınız” kimi sözləri unudulmayıb. Türkiyə 1948-ci ildə İsrail yaradılanda bu rejimi tanısa da, türk xalqı həmişə fələstinlilərə sədaqətli olub. Amma Ərdoğan həmişəki kimi şəraitə görə hərəkət edir. Bayden Ərdoğana mənfi münasibətdədir və Türkiyədə insan haqlarının pozulduğunu iddia edir. Ərdoğanın sionist rejim başçısını dəvət etməkdə iki məqsədi ola bilər. Biri Baydeni razı salamaq, digəri ABŞ məntəqəni tərk etsə İsrailə arxalanmaq. Beləcə, Ərdoğan üçün sözünü dəyişmək su içmək kimi asandır.