Ərəbistanın xarici işlər nazirliyi bəyanat yayaraq sionist qəsəbə sakinlərinin Məscidül Əqsaya hücumunu ekstremizm nümunəsi adlandıraraq, İsrail işğalçı qüvvələrinin dəstəyi ilə baş verən bu vandalllığı pisləyib.
Əl Aləm telekanalının məlumatına əsasən, bəyanatda həmçinin deyilir: Ərəbistan işğalçı İsrail rəsmilərindən beynəlxalq sülhü zəiflədən, qanunazidd və dini müqəddəslərə hörmətsizlik olan rəftarlardan əl çəkmələrini istəyir. Ərəbistan Fələstin xalqının yanında olmaq siyasətini güdür və işğalçılığa son qoyulmasını tələb edir.
Qeyd edək ki, dünən səhər (24 sentyabr) 350 nəfərdən ibarət sionist rejim qəsəbə sakinləri “Əfv Günü bayramı” keçirmək üçün Məscidül Əqsaya daxil olublar.