Qafqaztimes xəbər verir ki, Səudiyyə koalisiyasının sözçüsü Turki əl-Maliki dünən keçirdiyi mətbuat konfransında bir Hizbullah mütəxəssisinin Səna hökumətinin kəşfiyyat xidmətinin rəhbəri Əbu Əli əl-Hakimə məşvərət verdiyini iddia edən video yayımlayıb.
Yəmənin Ənsarullah hərəkatının yüksək rütbəli üzvü Məhəmməd əl-Bəxiti tvitter hesabında yazıb ki, Səudiyyə koalisiyasının sözçüsü saxta və montaj edilmiş videoya istinad edərək Yəmənin Livan müqaviməti ilə əlaqələrini pisləməkdən utanmır.
Əl-Bəxiti belə əlavə edib: “Səudiyyə ordusunun sözçünün müqavimət ölkələri barədə mövqeyini izləyən hər kəs özünü İsrail ordusu sözçüsünə qulaq asmış kimi hiss edir.”
Əl-Bəxiti başqa bir tvitində yazıb: “Səudiyyə ordusunun sözçüsünün Livan müqaviməti ilə əlaqələrimizi sübut etmək üçün saxta video göstərməyinə ehtiyac yoxdur, çünki biz özümüzü sionist koalisiya ilə mübarizə üçün vahid cəbhə hesab edirik.”
Yəmənin Milli Təhlükəsizlik Şurasında informasiya naziri Zeyfullah əl-Şami həmçinin bu barədə deyib: “Əgər Hizbullah və İrandan bizə dəstək verən ekspertlərimiz olsaydı, onlarla fəxr edərdik.”